ABŞ Senatı İranla bağlanacaq sazişə beynəlxalq müqavilə statusu verməkdən imtina edib

ABŞ Senatı İranla bağlanacaq sazişə beynəlxalq müqavilə statusu verməkdən imtina edib
# 29 aprel 2015 04:41 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, düzəlişin qəbul olunacağı təqdirdə müqavilənin ratifikasiyası üçün 3/2 səs çoxluğu tələb olunacaqdı.

Səsvermə zamanı 57 senator düzəlişin əleyhinə çıxış edib.

Məlumata görə, İranla sazişin Konqresdə baxılması qaydasını müəyyən edən qanun layihəsi respublikaçı Robert Korker tərəfindən hazırlanır. Senatorlar düzəlişin rədd edilməsindən başqa qanun layihəsinə bir sıra dəyişikliklər etməyi təklif edib. Belə ki, senatorlar şərt olaraq İrandan İsrailin müstəqilliyini tanmaq tələbini irəli sürüb.

Ağ Ev, öz növbəsində, Tehranla bağlanacaq sazişin istisna olaraq İranın nüvə proqramı ilə bağlı olduğunu qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR