“Parabank” bir ildə məcmu kapitalını 16% artıb

“Parabank” bir ildə məcmu kapitalını 16% artıb
# 25 noyabr 2014 08:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Parabank”ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 127,146 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,16% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12,58% artaraq 98,103 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 33,084 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 14,54% azdır.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi müqayisə olunan dövrdə təxminən 41,31% artaraq 12,795 mln. manata çatıb.

2013-cü ilin 9 ayına nisbətən bu ilin eyni dövründə bankın depozit portfeli 1,46% azalaraq 70,111 mln. manat təşkil edib. Əmanətlərinin həcmi isə 69,180 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 0,71% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 15,73% artaraq 21,358 mln. manata çatıb, nizamnamə kapitalı dəyişməz qalaraq 11 mln. 570,4 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 75,48% artaraq 27,156 mln. manat, xərcləri isə 83,22% artaraq 25,406 mln. manata çatıb.

Cari ilin doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 1746,6 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 16 bankomatı, 200 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR