Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirli bilinən Elşən Adilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunur.