Reytinq: Azərbaycana daxil olan internet-trafikin sürəti artıb

Reytinq: Azərbaycana daxil olan internet-trafikin sürəti artıb
# 15 aprel 2013 10:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Ookla» şirkəti «Speedtest.net» xidmətinin məlumatları, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib.

«APA-Economics»in məlumatına görə, «NetIndex» reytinqinə əsasən, Azərbaycanda ölkəyə daxil olan internet-trafikin orta sürəti bu ay 4,02 Mbit/saniyəni ötüb. Ötən ay bu göstərici 3,74 Mbit/saniyə təşkil edib. Bakı üzrə bu göstərici 4,31 Mbit/saniyə, Sumqayıt üzrə isə 2,60 Mbit/saniyəyə çatıb. Nəticələr şirkətin 2013-cü il martın 15-dən aprelin 13-dək apardığı eksperimental araşdırmalarına əsaslanır.


Testlərin aparılması üçün 337 548 unikal İP ünvanı seçilib. Azərbaycan daxil olan internet-trafik reytinqində 120-ci yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq Honqkonq (44,04 Mbit/saniyə), Sinqapur (40,23 Mbit/saniyə) və Litva (37,95 Mbit/saniyə) qərarlaşıb.


Azərbaycandan çıxan internet-trafikin orta sürəti isə 1,68 Mbit/saniyə təşkil edib.


Çıxan internet-trafik üzrə reytinqdə isə Azərbaycan 111-ci yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 1,85 Mbit/saniyə, Sumqayıt üzrə isə 0,55 Mbit/saniyə təşkil edib. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Andorra (32,24 Mbit/saniyə), Litva (30,48 Mbit/saniyə) və Cənubi Koreya (29,67 Mbit/saniyə) yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR