Hacıqabul sakininə naməlum şəxs tərəfindən atəş açılıb

 Hacıqabul sakininə naməlum şəxs tərəfindən atəş açılıb
# 15 avqust 2015 12:24 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayon sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Hacıqabul rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gecə saat 01.00 radələrində Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində, avtomobil yolunda baş verib. Rayonun Rəncbər kənd sakini, 1992-ci il təvəllüdlü Eyvazlı Tural Ələsgər oğlu “VAZ 21015” markalı, 24 BF 330 dövlət nömrə nişanlı avtomobili idarə edərkən ona naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açılıb. Atəş nəticəsində sürücü baş nahiyəsindən qırma yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxsin axtarışları və müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR