Bank Of Baku

Bu il Azərbaycanda daxili tələbatı 100% ödəyəcək istehsal müəssisələrinin adı açıqlanıb

Bu il Azərbaycanda daxili tələbatı 100% ödəyəcək istehsal müəssisələrinin adı açıqlanıb
# 18 aprel 2018 11:50 (UTC +04:00)

Cari ildə Sahibkarlığa Kömək Milli Fondunun maliyyələşdirdiyi minimum 39 istehsal-emal müəssisəsi istifadəyə veriləcək.

 

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun cari ilin birinci rübündə fəaliyyəti barədə məlumat verərkən bildirib.

 

Ş.Abdullayevin sözlərinə görə, istifadəyə veriləcək istehsal-emal müəssisələrinin hamısı idxalı əvəz edən məhsulların istehsalına yönəlib.

 

“Hətta elə müəssisələr var ki, biz onunla 100% daxili tələbatı ödəyəcəyik, idxalın qarşısı alınacaq, həm də ixrac edəcəyik. “Polietilen örtükləri istehsalı” müəssisəsi buna misaldır. Bizim hesablamamıza görə, daxili tələbatımız ildə 3500 tondur. Həmin müəssisənin istehsal gücü 7700 tondur. Bizim daxili tələbatdan iki dəfə artıq məhsul istehsal etmək gücümüz olacaq ki, bu, ixrac imkanlarımızı yaradacaq. Digər müəssisə Abşeron rayonunda damazlıq təsərrüfatıdır ki, bu il istifadəyə verilməsi ilə idxalı 100% qarşılayacağıq, həmçinin, ixrac imkanları yaradılacaq. Bundan başqa, “Elektrod” zavodu, “Sönmüş əhəng istehsalı” zavodu, “Transformator və yağ açarları istehsalı” zavodudur ki, bizim daxili tələbatı ödəyə biləcək. Biz maksimum çalışırıq rəqabətqabiliyyətli məhsullar istehsal edək ki, həm idxalı əvəz edə bilsin, həm də xarici bazarlarda rəqabətqabiliyyətli olsun”, - deyə Ş.Abdullayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR