Bakı. Rüfət Əhmədzadə - APA. “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin (“RİA Novosti”) prodüser mərkəzinin rəhbəri Anton Kostılyov Moskvadakı mənzilində intihar edib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun meyitini qohumları hamam otağında aşkar ediblər.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, 45 yaşlı jurnalist şalvar kəməri ilə özünü hamamdakı istilik borusundan asıb.