Qurban bayramı ilə əlaqədar Bakının 5 nöqtəsində kənd təsərrüfatı yarmarkaları açılacaq

Qurban bayramı ilə əlaqədar Bakının 5 nöqtəsində kənd təsərrüfatı yarmarkaları açılacaq
# 23 sentyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Sabah qeyd olunan Qurban bayramı ilə əlaqədar Bakının 5 məntəqəsində kənd təsərrüfatı məhsulları yarmarkalarının açılışı baş tutacaq.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, yarmarkalar Xətai, Binəqədi, Suraxanı, Səbail, Nərimanov rayonlarında fəaliyyət göstərəcək.

"Ötən il də biz analoji addımı atmışdıq. Əvvəlcə bir neçə yarmarka açdıq, daha sonra Bakı şəhər İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanları ilə danışıqlar apararaq, əlavə yerlər almağa müvəffəq olduq. Bununla da, yarmarkaların sayı 10-u ötdü. Bu proses bu il də davam etdiriləcək. Növbəti hədəf Bakı şəhərində ən azı 10-dan yuxarı yarmarkaların açılışını təmin etməkdir. Bu, kənd təsərrüfatı məhsulu istehsalçılarının istəyidir", - deyə H. Əsədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR