“Xəzər dənizi-2015” müsabiqəsi üçün təlim obyektlərinin tikintisinə başlanılıb

“Xəzər dənizi-2015” müsabiqəsi üçün təlim obyektlərinin tikintisinə başlanılıb
# 27 fevral 2015 08:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu ilin avqust ayında Rusiyanın təşəbbüsü ilə “Xəzər dənizi-2015” müsabiqəsi keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müsabiqə MDB-yə üzv ölkələrin dəniz qüvvələrinin şəxsi heyət üzvləri arasında keçiriləcək.

Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər ki, beynəlxalq müsabiqənin keçirilməsi üçün təlim obyektlərinin tikintisinə başlanılıb. “Müsabiqənin əsas mərhələləri Xəzər dənizi akvatoriyasında və sahil məntəqələrindəki hərbi hazırlıq poliqonlarında keçiriləcək. İşlər Kaspiysk şəhərində, Xəzər donanmasının Dağıstan Respublikasında yerləşən hərbi şəhərciklərdə aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR