Çempionlar Liqası: “Qarabağ” - “Düdelanj” - 2:0

Çempionlar Liqası: “Qarabağ” - “Düdelanj” - 2:0
# 12 iyul 2016 20:55 (UTC +04:00)

Bakı-APA. Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da bu mövsüm Avrokuboklarda ilk oyununu keçirib. Rəqib Lüksemburq çempionu "Düdelanj" olub.

Oyuna fəal başlayan ağdamlılar ilk dəqiqələrdən irəli atılıblar. Əvvəlcə Daninin cərimə meydançasına qədər gətirdiyi topa Muarrem zərbə endirsə də, top az fərqlə qapının üstündən keçib.

Bir neçə dəqiqə sonra isə çempionumuz hesabı açıb. 10-cu dəqiqədə sürətlə cərimə meydançasına şığıyan Riçard Almeydayanı rəqib müdafiəçilər kobudluqla dayandırıblar. Zərərçəkmiş özü penalti zərbəsini dəqiq yerinə yetirib.

Qoldan 17 dəqiqə sonra Almeyda yenidən diqqət mərkəzinə gəlib. Bu dəfə Daninin sağ cinahdan ötürməsini yaxşı saxlayan braziliyalı qapıya qarşısıalınmaz zərbə endirib.

İlk hissədə daha bir neçə epizod olsa da, hesab dəyişməyib.

İkinci hissə gözlənilənin əksinə olaraq çox sönük keçib. Ona lazım olan hesabı qaznanan ağdamlılar hücum etməkdə o qədər də maraqlı olmayıblar. Rəqibin isə təmsilçimizə təzyiq etməyə sadəcə gücü çatmayıb.

Matçda başqa qol olmayınca, oyun elə bu hesabla da başa çatıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

12 iyul

“Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 2:0

Qollar: Almeyda, 10 (pen.), 27

Baş hakim: Orel Qrinfild

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR