Masallıda maskalı şəxslər 80 yaşlı ər-arvadın evinə basqın edib - VİDEO

Masallıda maskalı şəxslər 80 yaşlı ər-arvadın evinə basqın edib - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2015 07:55 (UTC +04:00)

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 4 radələrində Binə Xocavər kəndində qeydə alınıb.

Maskalı şəxslər, kənd sakinləri - 80 yaşlı Yafər və Rübabə Məmmədovaların yaşadıqları evə daxil olub, onların əl-qolunu bağlayıb, zor tətbiq edib, pul, qızlı tələb ediblər.

Pul tapa bilməyən maskalılar qadının üzərində və evdə olan zinət əşyalarını götürüb qaçıblar.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında əməliyyat-istintaq qrupu yaradılıb. Həmin şəxslərin tapılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR