Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
# 04 noyabr 2015 15:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçiləri - Rövşən Məmmədov və Cəlal Salayevlə birlikdə Qobustan, Şamaxı, Ağsu və Göyçay rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Qobustan rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində 2 nəfər saxlanılır: “Saxlanılan şəxslərin hər hansı şikayətləri olmadı. Şamaxı rayonunda olan zaman noyabrın 1-də Şamaxıda baş vermiş insidentlə bağlı da araşdırma apardıq. Bəzi mətbuat orqanları orada kimlərinsə tutulması barəsində məlumat yazmışdı. Lakin polis şöbəsinin saxlanma yerində heç kim saxlanılmır. Şöbənin rəisi Habil Əmiraslanov bizə bildirdi ki, deputatlığa namizəd Şəhriyar Qəhrəmanın polisin fəaliyyətindən hər hansı narazılığı olmayıb, qardaşı Elsevər Qəhrəmanlı isə asayişi pozduğu üçün 50 manat cərimə olunaraq buraxılıb. Göyçay rayonunda isə saxlanma yerində 3 nəfər saxlanılırdı. Saxlanılan şəxslərin bizə hər hansı şikayətləri olmadı”.

E. Behbudov monitorinq zamanı bəzi nöqsanların aşkar olunduğunu, həmin məsələlərlə bağlı tövsiyələrini verdiklərini də bildirib: “Söz verdilər ki, həmin məsələlər həll olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR