Azərbaycan bir il ərzində təbii qaz və elektrik enerjisi ixracını azaldıb

Azərbaycan bir il ərzində təbii qaz və elektrik enerjisi ixracını azaldıb
# 16 aprel 2015 15:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-mart ayları üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında gömrük bəyannamələri əsasında 75 836,66 min ABŞ dolları dəyərində 487 789,72 min kubmetr təbii qaz ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,62% azdır. Məbləğ dəyərində isə bu rəqəm 48,04% dəfə azdır.

Bu ilin üç ayı ərzində 6 107,83 min dollar dəyərində 101 670,49 min kVt/s elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 46% azdır. Məbləğ dəyərində isə bu rəqəm 28,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR