Kreml Qərb tərəfindən tətbiq oluna biləcək yeni sanksiyalara qarşı cavab tədbirləri hazırlayır

Kreml Qərb tərəfindən tətbiq oluna biləcək yeni sanksiyalara qarşı cavab tədbirləri hazırlayır
# 19 avqust 2014 10:09 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Kremldə Qərbin növbəti sanksiyalarına əlavə cavab tədbirləri hazırlanır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. O bildirib ki, əgər Qərb tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəksə, rəsmi Moskva əlavə tədbirlər görməyə hazır olacaq.

“Biz dəfələrlə demişik ki, Rusiya sanksiyalar dili ilə danışmağın tərəfdarı deyil və bu istiqamətdə təşəbbüskar olmamışıq. Lakin bizim tərəfdaşlarımızın qeyri-konstruktiv və hətta destruktiv təcrübələrinə davam edəcəyi halda, bizim də əlavə tədbirlər planımız hazırlanmaqdadır”, – deyə Peskov qeyd edib.

Bu yaxınlarda “Vedomosti” qəzeti federal məmurlara istinadən məlumat vermişdi ki, Qərb Rusiyaya qarşı sanksiyaları genişləndirəcəyi təqdirdə, Rusiya bu ölkələrdən sənaye məhsullarının idxalına da məhdudlaşdırıcı tədbirlər və qadağalar tətbiq etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR