Avropa İttifaqı Rusiya ilə Cənubi Osetiyanın müttəfiqliyi haqqında müqaviləni tənqid edib

Avropa İttifaqı Rusiya ilə Cənubi Osetiyanın müttəfiqliyi haqqında müqaviləni tənqid edib
# 18 mart 2015 05:32 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu gün Rusiya prezidenti Vladimir Putinin Moskvada Cənubi Osetiyanın separatçı rejiminin rəhbəri Leonid Tibilov ilə danışıqlar aparacağı nəzərdə tutulub. Danışıqların yekunlarına dair “əməkdaşlıq və inteqrasiya haqqında” müqavilənin imzalanacağı planlaşdırılıb.

“Rusiyanın Gürcüstanın bölgəsi olan Cənubi Osetiya ilə “əməkdaşlıq və inteqrasiya haqqında” adlandırılan müqavilə imzalaması bölgədə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərə zidd olan növbəti addımdır”, deyə Moqerinin bəyanatında qeyd olunur.

Onun sözlərinə görə, “sənədin beynəlxalq Cenevrə danışıqlarının (Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair) 31-ci raundu günü imzalanması təhlükəsizlik və humanitar vəziyyətin yaxşılaşdırılmasına yönələn səylər üçün konstruktiv ab-havanın yaranmasına imkan vermir”.

“Bəzi sahələrdə hakimiyyətin verilməsini nəzərdə tutan bu “müqavilə” Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq hüququn prinsiplərini və Rusiyanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri açıq-aydın pozur”, deyə bəyanatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR