Yavər Camalov İsrailin yeni səfiri ilə görüşüb

Yavər Camalov İsrailin yeni səfiri ilə görüşüb
# 30 sentyabr 2015 09:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Y. Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb, habelə Azərbaycanla İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Səfir D. Stav səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR