Kamal Abdullayev “Azərbaycanşünaslığın aktual problemləri” konfransı çərçivəsində xarici qonaqlarla görüşüb - FOTO

Kamal Abdullayev “Azərbaycanşünaslığın aktual problemləri” konfransı çərçivəsində xarici qonaqlarla görüşüb  - <span style="color: red;">FOTO
# 06 may 2015 15:46 (UTC +04:00)

Bakı - APA. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi VI beynəlxalq elmi konfrans çərçivəsində xarici qonaqlarla görüşüb.

Bilik Fondundan APA-ya verilən məlumata görə, Niderland Krallığının Yeni Avropa Universitetinin prezidenti, professor Jovan Didier və həmin universitetin Şərqi Avropa və Qafqaz üzrə Beynəlxalq Əlaqələr üzrə dekanı professor Marina Bokuçava ilə söhbətində Kamal Abdullayev VI beynəlxalq elmi konfransa qatıldıqları üçün qonaqlara minnətdarlığını bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə müxtəlif xarici universitetlərdə “Azərbaycan multikulturalizmi fənni”nin tədris olunduğunu qonaqların nəzərinə çatdıran K. Abdullayev onların təmsil etdiyi universitetin bu layihəyə cəlb olunması təklifini səsləndirib. Dövlət müşaviri qeyd edib ki, yaxın günlərdə bir yaşını qeyd edən Prezident yanında Bilik Fondu maarifçilik sahəsində yerli və xarici təhsil və mədəniyyət mərkəzləri ilə birgə maraqlı layihələr həyata keçirir.

Tbilisi Dövlət Universitetinin professoru Mariam Mançqaladze, Ural Federal Universiteti Avropa Araşdırmaları kafedrasının müdiri, professor Aleksandr Nesterov, Qazi Universitetinin professorları İsmet Çetin və Ayşe Çetin, Avropa Azərbaycan Cəmiyyətinin redaktoru və mətbuat katibi Nil Vatsonla keçirdiyi görüşlərdə dövlət müşaviri ölkəmizin dostları olan konfrans iştirakçılarına Azərbaycan həqiqətlərini daim dünyaya çatdırdıqlarına görə təşəkkürünü bildirib və bundan sonra da əməkdaşlığın yüksələn xətlə davam edəcəyinə əminliyini vurğulayıb.

Görüşlərdə BSU-nun rektoru, professor Asif Hacıyev, millət vəkili, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sahibə Qafarova da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR