Bank Of Baku

Goranboyda fəhlə ekskavatordan yıxılaraq ölüb

Goranboyda fəhlə ekskavatordan yıxılaraq ölüb
# 20 iyun 2019 10:30 (UTC +04:00)

Goranboyda fəhlə faciəli şəkildə ölüb.

APA-nən məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. “Körpü Bina Tikinti” MMC-də fəhlə işləyən Səlahəddin Abdullayev ekskavatorun üzərindən yıxılaraq ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən S. Abdullayev orada ölüb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR