Səhiyyə naziri Salyanda vətəndaşları qəbul edib 

Səhiyyə naziri Salyanda vətəndaşları qəbul edib 
# 17 oktyabr 2014 15:13 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Səhiyyə naziri Oqtay Şirəliyev Salyan rayonunda vətəndaşları qəbul edib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Salyan Mərkəzi Rayon Xəstəxanasında keçirilən qəbulda Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinləri və Cəbrayıl rayonundan olan məcburi köçkünlər iştirak edib. Müraciətlər daha çox yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələrin müalicəsinə köməklik göstərilməsi, işlə təminatla bağlı olub. Ucqar yaşayış məntəqələrində səhiyyə müəssisələrinin müasirləşdirilməsi, yerlərdə ixtisaslı həkim çatışmazlığı və digər problemlər də qaldırılan məsələlər sırasında olub.

Qeyd edilən məsələlərin bir qismi yerində həll olunub, bəzi təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyatı orqanlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR