Türkiyədə terror aktı nəticəsində 20 əsgər yaralanıb

Türkiyədə terror aktı nəticəsində 20 əsgər yaralanıb
# 28 sentyabr 2015 09:36 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün saat yerli vaxtla saat 08.00 radələrində Bitlis vilayətinin Tatvan rayonunda, Van gölü sahilində yerləşən Tatvan hərbi şəhərciyinin yaxınlığındakı yoldan hərbi maşın keçərkən partlayıcı qurğu işə salınıb.

Nəticədə 20 əsgər yaralanıb. Hərbçilər xəstəxanalara yerləşdirilib, həyatları üçün təhlükə yoxdur. Partlayışı törədən PKK terrorçularının yaxalanması üçün əməliyyat başladılıb.

Hakkari Valiliyi isə dünən axşam saatlarında baş verən atışma nəticəsində 1 terrorçunun öldürüldüyü, hadisə yerindən 2 qumbaraatan, 1 tapança və çoxlu sayda güllə aşkarlandığı barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR