Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,3% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,3% artıb
# 28 mart 2013 10:39 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin ilk iki ayı ilə müqayisədə bu il Azərbaycanın ticarət dövriyyəsi 4,37% artıb. Yanvar-fevral aylarında xarici ölkələrdən Azərbaycana 3 955 adda 1 433 131,49 min dollarlıq mal idxal edilib, ölkədən xaricə 769 adda 4 183 838,64 min dollarlıq mal ixrac edilib.

Keçən ilin yanvar-fevral aylarına nisbətən idxal 7,52%, ixrac 3,33% artıb. Ölkənin ticarət dövriyyəsində müsbət saldo 2 750 707,15 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-fevral aylarına nisbətən 1,3% artıqdır.

Yanvar-fevral aylarında Azərbaycanda xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin sayı 2 703 təşkil edib. Xarici ticarətlə məşğul olanların 689-u fiziki, 2 014-ü hüquqi şəxsdir. Hüquqi şəxslərin 93%-i özəl sektoru təmsil edir. Ötən ilə nisbətən xarici ticarət iştirakçılarının sayı 14,6%, bunlardan fiziki şəxslərin sayı 42% azalıb, hüquqi şəxslərin sayı 2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR