Yunanıstana məxsus “Skiros” tankeri Rusiya nefti yüklədikdən sonra Qara dənizdə hücuma məruz qalıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Hadisə avqustun 16-da Novorossiysk yaxınlığında Xəzər Boru Kəməri Konsorsiumunun terminalının yaxınlığında baş verib.
Məlumata görə, "Suezmax" sinfinə aid tanker təxminən 1 milyon barel neft daşıya bilir.