İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinə görə sığorta ödənişi 1,6% artıb

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinə görə sığorta ödənişi 1,6% artıb
# 11 avqust 2016 08:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyun aylarında sığorta şirkətləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya görə 21 mln. 327 min 55 manat sığorta haqqı toplayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 331 min 895 manat və ya 1,58% çoxdur.

Hesabat dövründə sığorta şirkətləri bu sığorta sinfi üzrə ödənişləri də artırıb. Belə ki, ötən il ilə müqayisədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya görə ödənişlər 522 min 327 manat və ya 45,6% artaraq 1 mln. 667 min 804 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR