Fransada qatar relsdən çıxaraq aşıb, ölənlər var - FOTO - YENİLƏNİB

Fransada qatar relsdən çıxaraq aşıb, ölənlər var - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 14 noyabr 2015 21:10 (UTC +04:00)

Bakı-APA. Fransanın şərqində TGV yüksəksürətli qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayə 10 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.

Relsdən çıxaraq kanala aşan qatarda 50 nəfər olub, onlardan 10 nəfəri ağır xəsarətlər alıb.

Ekversaym yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya səbəb texniki problemlər olub.

*** 20.21

Bakı-APA. Fransada “TGV” tipli sürətli qatar sınaqdan keçirilərkən relsdən çıxıb, nəticədə azı 5 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “France Bleu Alsace” radiostansiyası məlumat yayıb.

İlkin məlumata görə, qəza Strasburq yaxınlığındakı Ekveşem şəhərində qeydə alınıb. Bəzi KİV-lərin məlumatına görə, hadisə yerində partlayış səsi eşidilib.

Qatarda sərnişinlərin olmadığı bildirilir. Vaqonların əksəriyyətinin relsdən çıxaraq aşdığı qeyd olunur.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR