Paşha Bank
Bank Of Baku

Rumıniya Almaniyadan ölkə ərazisində hərbi kontingent yerləşdirməyi istəyib

Rumıniya Almaniyadan ölkə ərazisində hərbi kontingent yerləşdirməyi istəyib
# 27 noyabr 2026 00:47 (UTC +04:00)

Rumıniya Almaniyadan ölkə ərazisinə əhəmiyyətli sayda hərbi kontingent göndərməyi istəyib.

APA xəbər verir ki, Rumıniya Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu ölkənin xarici işlər naziri Dan Nekulesku Berlində almaniyalı həmkarı Yohann Vadeful ilə birgə mətbuat konfransında bildirib.

“Bu gün Almaniyadan Rumıniyada, hərbi texnika da daxil olmaqla, əhəmiyyətli hərbi mövcudluğun təmin edilməsini istədim”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, tərəflər Avropa İttifaqının strateji yanaşması çərçivəsində əsas təşəbbüsləri, o cümlədən Rumıniyada yaradılması nəzərdə tutulan Qara dənizdə dəniz təhlükəsizliyi mərkəzini müzakirə ediblər.

Nekulesku bu layihənin dənizdəki vəziyyət barədə məlumatlılığın artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Rumıniya XİN rəhbəri Almaniyanın layihədə iştirakının vacibliyini qeyd edərək Berlinin sözügedən təşəbbüsə qoşulmağa dəvət olunduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR