Bank Of Baku

Rusiyanın dördüncü ən böyük neft emalı zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın dördüncü ən böyük neft emalı zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb
# 26 avqust 2026 22:48 (UTC +04:00)

Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl-Nijni Novqorodnefteorgsintez” (NORSI) neft emalı zavodu Ukraynanın dron hücumundan sonra xam neft emalını dayandırıb.

Bu barədə RBC-Ukrayna Reuters agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, avqustun 26-da Ukraynanın pilotsuz uçuş aparatının Nijni Novqorod vilayətinə hücumu nəticəsində sənaye obyektlərindən biri zərər görüb. Vilayətin qubernatoru Qleb Nikitin də hadisə ilə bağlı məlumat yayıb.

Reuters-in mənbələrinin bildirdiyinə görə, hücum nəticəsində Rusiyanın ikinci ən böyük benzin istehsalçısı olan NORSI zavodunun bir neçə emal qurğusu, qurğulararası infrastruktur və ümumi zavod tikililəri zədələnib.

Mənbələr zərərin nə vaxt aradan qaldırılacağını və müəssisədə neft emalının nə zaman bərpa ediləcəyini dəqiq deyə bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR