“Nar” “Enactus Azərbaycan” milli yarışına dəstək olub - FOTO

“Nar” “Enactus Azərbaycan” milli yarışına dəstək olub - <span style="color: red;">FOTO
# 03 iyun 2015 08:42 (UTC +04:00)

Bakı - APA-Economics. 30-31 may 2015-ci il tarixdə Bakıda “Enactus” beynəlxalq proqramının milli yarış mərhələsi keçirilib. Hər zaman təhsil və maariflənməyə böyük önəm verən “Nar” 9 komandanın iştirakı ilə keçirilmiş “Enactus Azərbaycan” milli yarışına maliyyə dəstəyi göstərib.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, final mərhələsində qalib gəlmiş Azərbaycan Dövlət Aqrar Universitetinin komandası 14-16 oktyabr tarixləri arasında Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində keçiriləcək “Enactus World Cup 2015” yarışlarına vəsiqə qazanıb.

Qeyd edək ki, “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enactus) beynəlxalq proqramı artıq 10 ildir ki Azərbaycanda fəaliyyət göstərir. Proqramın əsas məqsədi tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirməkdən və gələcəyin sahibkarlarını yetişdirməkdən ibarətdir. “Enactus” sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələr, elmi dairələr və iş dünyasının liderlərini bir araya gətirən beynəlxalq proqramdır. Fakültə məsləhətçiləri və biznes mütəxəssislərinin rəhbərliyi ilə iştirakçı tələbələr insanların həyat keyfiyyətini və yaşam standartlarını inkişaf etdirməyə imkan verən birgə layihələr yaratmaq və həyata keçirmək üçün öz universitetlərində komandalar formalaşdırırlar. Bu təcrübə nəinki həyatları dəyişir, sabahın dəyərli və təsirli liderləri olmaq üçün lazım olan perspektivləri və bacarıqları inkişaf etdirməyə kömək edir. Uğurlu sahibkar olmaq üçün isə tələbələr müstəqil şəkildə qərarlar vermək, marketinqin sirlərinə dərindən yiyələnmək, işə maliyyə vəsaiti cəlb etmək, mövcud iqtisadi şəraiti düzgün təhlil etmək kimi bacarıqlara sahib olmalıdırlar.

Bu il “Enactus Azərbaycan” milli yarışı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Təhsil nazirliyi və təhsilin inkişafını başlıca prioritetlərindən biri elan etmiş “Nar” rabitə operatorunun bilavasitə dəstəyi ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR