Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Moskvada təntənəli mərasim keçirilib - FOTOSESSİYA

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Moskvada təntənəli mərasim keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 may 2015 11:34 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan təntənəli mərasim keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən mərasim Heydər Əliyevin barelyefi önünə əklil qoyulması ilə başlanıb.

Mərasimdə Rusiya Dövlət Dumasının deputatları, xarici ölkələrin Moskvada akkreditə olunmuş səfiriləri, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, siyasi xadimlər və diaspor nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyevin Moskvada çalışdığı dövrdə Rusiya regionları və keçmiş Sovetlər İttifaqı ölkələri üçün çox şey etdiyini söyləyib: "Heydər Əliyev Sovetlər İttifaqının rəhbərlərindən biri olub. Onun Sovetlər İttifaqı üçün xidmətləri unudulmazdır".

Heydər Əliyevin müasir Azərbaycanın da memarı olduğunu qeyd edən diplomat onun əməllərinin, siyasi kursunun hazırda prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini deyib.

Səfir qonaqları Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə də təbrik edib: "Bu bizim ümumi qələbəmizdir. Sovetlər İttifaqında yaşayan bütüm xalqların dünyanı "qəhvəyi vəba"dan xilas etməsində böyük xidmətləri olub. Çox böyük təəssüflər olsun ki, İkinci Dünya müharibəsinin nəticələrini təftiş etmək cəhdləri var. Azərbaycan prezidentinin fikrincə, bu tamamilə perspektivsiz cəhdlərdir".

Rusiya prezidentinin beynəlxalq mədəniyyət məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko isə çıxışında Heydər Əliyevin Rusiya üçün yüksək səviyyədə vacib və dəyərli şəxs olduğunu söyləyib: "Biz 80-ci illərin ikinci yarısında hadisələrin necə çətin inkişaf etdiyi xatırlayırıq. Heydər Əliyevin Sovetlər İttifaqının sosial infrastrukturunun inkişafında xidmətlərini yenidən dəyərləndirmək çətindir. Heydər Əliyevsiz müasir Azərbaycan da ola bilməzdi. Onun Azərbaycan xalqı qarşısında xidmətləri son dərəcədə böyükdür. O, sadəcə ölkəni xilas etmədi, Azərbaycanın bu gün dünyada çiçəklənən, hörmət olunan və inkişaf edən ölkəyə çevrilməsinin əsasını qoydu".

Rusiya prezidentinin Mərkəzi Federal əyalət üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov isə Heydər Əliyevin çox müdrik, istedadlı insan və əsl müəllim olduğunu bildirib.

Mərasimdə çıxış edən Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov qeyd edib ki, 90-cı illərin əvvəllərində Azərbaycan çox çətin günlər yaşayıb: "Ancaq Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda sülh bərqərar olub. Heydər Əliyev Azərbaycandakı rus icması ilə görüşüb və onlara "Mən sizin azadlığınızın və müstəqilliyinizin təminatçısıyam" deyib. Hazırda ruslar və müxtəlif xalqların nümayəndələri Azərbaycanda birgə yaşayır və işləyirlər".

G. Züqanov sonra səfir Polad Bülbüloğlunu Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə xatirə nişanı ilə təltif edib.

Dövlət Dumasının deputatı Leonid Slutski çıxışında 90-cı illərin əvvəllərində Heydər Əliyevin Azərbaycana qayıtmasının tarixi qərar olduğunu söyləyib: "Bu gün Heydər Əliyevin doğum gününün qeyd olunduğu binada o, 1990-cı ildə Bakıda baş verən qanlı hadisələri qınamışdı. Onun Bakıya qayıtması tarixi qərar idi. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir".

Təntənəli mərasimdə səfir Polad Bülbüloğlu dünya elminin və Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafında xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Nobel mükafatı laureatı fizik Jores Alferovun Azərbaycan Milli Elmələr Akademiyası tərəfindən "Nizami Gəncəvi adına qızıl medal"la təltif edildiyini bildirib, medalı ona təqdim edib.

J. Alferov onun xidmətlərini qiymətləndirdiyinə görə AMEA-ya təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR