BƏƏ-nin Azərbaycandakı konsulu Mərkəzi Elmi Kitabxanada olub

BƏƏ-nin Azərbaycandakı konsulu Mərkəzi Elmi Kitabxanada olub
# 21 aprel 2015 10:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı konsulu Abdullah əl-Şəmsi Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında olub.


APA-nın xəbərinə görə, konsul öncə kitabxananın sərgi zalı ilə tanış olub və kitabxananın fəaliyyəti barədə məlumatlandırılıb.

Kitabxananın direktoru Leyla İmanova bildirib ki, kitabxananın dünya informasiya məkanına mümkün qədər açıq olması üçün BƏƏ ilə əməkdaşlıq mühümdür: “Biz istərdik ki, Mərkəzi Kitabxana ilə Birləşmiş Ərəb Əmirliklərinin aparıcı kitabxanaları arasında əməkdaşlıq Memorandumunun imzalanmasına nail olaq. Əməkdaşlıqda çərçivəsində bir sıra nüanslar var ki, bura kataloqların, kitabların mübadiləsi, “Milli rəqəmsal yaddaş” bazasının zənginləşdirilməsi və başqa məsələlər daxildir”.

Diplomat isə qeyd edib ki, kitabxana müasirdir və bütün tələblərə cavab verir. O, hər iki ölkənin kitabxanaları arasında əməkdaşlığın vacib olduğunu vurğulayıb: “Biz də arzu edirik ki, kitabxanalarımız arasında yüksək səviyyəli əməkdaşlıq olsun. Burada bir Memorandumun imzalanması da mümkün ola bilər. Bu baxımdan burada səslənən təkliflər nəzərə alınacaq”.

Sonda BƏƏ-nin müxtəlif elm sahələrini əks etdirən 100 kitab Mərkəzi Kitabxanaya hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR