Azərbaycanda 50-dək məktəb yeni avadanlıqlarla təmin edilib - FOTO

Azərbaycanda 50-dək məktəb yeni avadanlıqlarla təmin edilib - <span style="color: red;">FOTO
# 16 mart 2015 14:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesini genişləndirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün “Labdisc” avadanlığı ilə təmin olunmuş 2 məktəbə - Bakı şəhəri Nərimanov rayonu 193 və Xətai rayonu 24 nömrəli məktəblərə mediatur təşkil olunub. Media nümayəndələri yeni avadanlıqlardan istifadə etməklə keçirilən fizika və kimya fənnləri üzrə “Açıq dərs”lərdə iştirak ediblər.

“Labdisc” məlumat qeydiyyat qurğusu 15 ədəd daxilə quraşdırılmış simsiz sensorlarla tam bir laboratoriya kimi fəaliyyət göstərir. Qurğu simsiz kommunikasiya vasitəsilə məktəbin bütün əsas texnologiya və avadanlıqları ilə tam inteqrasiya olunur. Kompüterlər, netbuklar, interaktiv lövhələr və planşetlərə qoşulmaqla sistem kabelsiz laboratoriya şəraitində yüksək fəallığı təmin edir. Bu isə dərs zamanı müəllimlə şagird arasında əməkdaşlığa, interaktiv tədrisə imkan yaradır, eyni zamanda texnoloji xərclərə qənaət edir. Cihaz və proqram təminatından ibarət olan qurğu Azərbaycan dilini dəstəkləyir və “Windows”la Android istifadəçiləri tərəfindən asanlıqla istifadə olunur. Bununla yanaşı, fizika, kimya və biologya dərslərində sınaqlar aparmaq üçün mobil araba işlənib hazırlanıb.

Məlumata görə, Azərbaycanın müstəqilliyi dövründə ilk dəfədir ki, ümumi təhsil məktəbləri üçün belə avadanlıqlar alınıb. Təhsil Nazirliyi artıq 50-dək ümumi təhsil müəssisəsinin yeni avadanlıqlarla təmin edilməsi prosesinə start verib.

Avadanlıqların köməyilə şagirdlər mürəkkəb sınaq işlər aparmaq, prosesi interaktiv lövhədə izləmək imkanı əldə edirlər. Eyni zamanda bu avadanlıqların mobil xüsusiyyətə malik olması onların istənilən məkanda istifadəsinə şərait yaradır. Məktəblərin yeni avadanlıqlarla təminatı ilə yanaşı, onların tədrisi ilə məşğul olan müəllimlər üçün də təlimlər keçirilib. “Edumedia-Azərbaycan” şirkəti Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 25 nəfərdən ibarət müəllim heyətinə təlimlər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR