Kürdəmirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Kürdəmirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 08 aprel 2015 09:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 7-də saat 10.00 radələrində Kürdəmir rayonunun Xırdapay kəndində rayon sakini Eldar Rəhimovun idarə etdiyi "VAZ-21015" və Hacıqabul rayon sakini Cabir Cəbrayılovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə E.Rəhimovun 3 sərnişini xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.


Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR