Bank Of Baku

Hacıqabulda baş verən qəzada ölən və yaralanan şəxslərdən bəzilərinin adları açıqlanıb - YENİLƏNİB - FOTO

Hacıqabulda baş verən qəzada ölən və yaralanan şəxslərdən bəzilərinin adları açıqlanıb - YENİLƏNİB - FOTO
# 04 iyun 2019 10:05 (UTC +04:00)

Hacıqabulda baş verən ağır yol qəzasında ölən və yaralananlardan bəzilərinin adları açıqlanıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə zamanı yaralanan şəxslərdən 3-ü bir ailənin üzvləridir (Ucar sakinləri Şirəliyeva Elnarə Sərxan qızı (1968-ci il təvəllüdlü), onun övladları Şirəliyev Yusif Fikrət oğlu (13 yaş), Şirəliyev Nicat Fikrət oğlu (11 yaş)). 

Qəza zamanı ölən şəxslərin hər ikisi kişidir. Onlar - Yevlax sakini, 1968-ci il təvəllüdlü Qasımov İsmət Vəliyəddin oğlu və Ucar rayon sakini, 1965-ci il təvəllüdlü Usubov Fikrət Yusif oğludur.

***

09:10

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bildirilir ki, "Mercedes Vito" markalı mikroavtobus "KaMAZ" markalı yük maşınına dəyərək aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır.

Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR