2018-ci il yanvar-mart ayları ərzində müəssisə və təşkilatların sayı 2,3% artaraq 121325-ə çatıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, artım iqtisadiyyatın “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “İnformasiya və rabitə”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərə çarpacaq dərəcədə olub.
İqtisadi fəaliyyət növləri üzrə təsərrüfat subyektlərinin sayı açıqlanıb. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 10520 müəssisə, mədənçıxarma sənayesi sahəsində 839 müəssisə, emal sənayesi sahəsində 6562 müəssisə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 314 müəssisə, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsində 520 müəssisə, tikinti sahəsində 12109 müəssisə, Ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 31696 müəssisə, nəqliyyat və anbar təsərrüfatı sahəsində 2380 müəssisə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 1970 müəssisə, informasiya və rabitə sahəsində 3057 müəssisə, maliyyə və sığorta fəaliyyəti sahəsində 1659 müəssisə, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 1530 müəssisə, peşə, elmi və texniki fəaliyyət sahəsində 8195 müəssisə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində 5062 müəssisə, dövlət idarəetməsi və müdafiə sahəsində 4823 müəssisə, təhsil sahəsində 3846 müəssisə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 1842 müəssisə, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahəsində 1858 müəssisə, digər sahələrdə xidmətlərin göstərilməsi sahəsində 22448 müəssisə, toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti sahəsində 95 müəssisə fəaliyyət göstərir.