Qazaxda yaşayış evində baş verən partlayış zamanı bir nəfər xəsarət alıb

Qazaxda yaşayış evində baş verən partlayış zamanı bir nəfər xəsarət alıb
# 13 mart 2015 10:02 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Qazaxda yaşayış evində partlayış baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 12-də saat 07 radələrində Qazax rayonunun Aslanbəyli kəndində yaşayan Abdulla Qasımovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə evin pəncərə çərçivələri dağılıb, xəsarət alan A.Qasımov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR