Nyu Yorkda yaşayış binasının uçması nəticəsində azı 30 nəfər xəsarət alıb

Nyu Yorkda yaşayış binasının uçması nəticəsində azı 30 nəfər xəsarət alıb
# 26 mart 2015 22:45 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “New York Post” qəzeti partlayışdan sonra binada güclü yanğının baş verdiyini qeyd edib. Yanğın binanın bir neçə mərtəbəsini əhatə edib.

ABC telekanalının məlumatına görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadaları cəlb olunub, lakin yanğının intensivliyi səbəbindən yanğınsöndürənlər bir müddət geri çəkilməyə məcbur olublar.

Binanın birinci mərtəbəsində yerləşən restoranda tavanın uçduğu bildirilir. Binanın tam uçmasından ehtiyatlanan yanğınsöndürənlər yaxınlıqdakı yaşayış binaların sakinlərini təxliyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR