BMT: İran Suriya üzrə məsləhətləşmələrdə iştirak edə bilər

BMT: İran Suriya üzrə məsləhətləşmələrdə iştirak edə bilər
# 25 aprel 2015 00:20 (UTC +04:00)

Bakı-APA. İran nümayəndəsinin Suriya üzrə məsləhətləşmələrdə iştirakı mümkündür.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin xüsusi elçisi Stefan di Mistura Təhlükəsizlik Şurasının iclasında deyib.

“İran BMT-nin üzvüdür, regionda mühüm rol oynayır, Suriyaya təsir imkanlarına malikdir. BMT, İran daxil olmaqla, hər hansı tərəfi məsləhətləşmələrə dəvət edə bilər”, deyə di Mistura bildirib.

Suriya üzrə məsləhətləşmələr mayda İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR