Azərbaycan prezidenti İsveç kralını təbrik edib

Azərbaycan prezidenti İsveç kralını təbrik edib
# 05 iyun 2015 16:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İsveçin kralı XVI Karl Qustavı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR