Bank Of Baku

Avtomobillərdə dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər müəyyənləşdiriləcək

Avtomobillərdə dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər müəyyənləşdiriləcək
# 27 aprel 2018 15:14 (UTC +04:00)

Azərbaycanda nəqliyyat vasitələrində dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı hazırlanacaq.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.

 

Fərmana əsasən Nazirlər Kabineti “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq və beynəlxalq təcrübə nəzərə alınmaqla, dərman qutusunun tərkibinə və odsöndürənə dair tələbləri, habelə onlardan istifadə təlimatını üç ay müddətində müəyyən edib Azərbaycan prezidentinə məlumat verməlidir.

 

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna əsasən avtobusda, minik və yük daşıyan avtomobillərində, təkərli traktorda, yanqoşqulu motosikletdə dərman qutusunun olmaması nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısında yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR