“Nar Mobile”ın baş sponsoru olduğu “Start up” festivalı baş tutub - FOTO

“Nar Mobile”ın baş sponsoru olduğu “Start up” festivalı baş tutub - <span style="color: red;">FOTO
# 18 mart 2015 10:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar Mobile”ın tərəfdaşı olduğu “AİESEC Azərbaycan” gənclər üçün maraqlı bir tədbir keçirib.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, müəyyən biznes sahəsinə başlamaq üzrə olanlar bu tədbirdə dəyərli təcrübə və faydalı məsləhətlər əldə etmək üçün əvəzolunmaz fürsət qazanıblar. Martın 14-də Bakıda keçirilən tədbirin məqsədi biznesə marağı olan gəncləri və iş adamlarını bir araya toplamaq idi. 18-30 yaş arasındakı iştirakçılar istedadlı Azərbaycan gəncləri, dünya biznesi və yerli bazarın uğur qazanmış iş adamları arasından seçilib.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda “Start up” və biznes inkişafını təmin etmək üçün gəncləri yeni iş ideyaları yaratmağa təşviq etmək və gənc sahibkarlar və sahibkarlıqla maraqlanan tələbələr üçün yeni imkanlar yaratmaq idi. Dünyaca məşhur şirkətlərin nümayəndələri xüsusi olaraq bu tədbir üçün Azərbaycana gəldilər. Çıxışçılar arasında “Google UK” şirkəti “Youtube” strateji departamentinin icraçı tərəfdaşı Cavid Aslanov, “Sweetriot” şirkətinin təsisçisi və rəhbəri Sara Endlayn, “Dey Dos Popcorn Academy”nin təsisçisi və rəhbəri Dey Dos, “RED Communications” və “Maxmedia Creative Communications”ın icraçı tərəfdaşı Tatyana Mikayılova, “Scoala De Valor” şirkətinin rəhbəri Stefan Palari və “Ali & Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi və icraçı direktoru Nigar Köçərlinin adlarını çəkmək olar.

AIESEC gənclərin liderlik potensialını aşkar və inkişaf etdirmək məqsədilə yaradılan təşkilatdır. 124 ölkədə fəaliyyət göstərən və dünya üzrə 1 milyondan çox üzvü olan AIESEC planetin ən böyük gənclər təşkilatıdır. Nelson Mandela və Bill Klinton kimi tanınmış simalar AIESEC üzvləri olmuşlar. Birləşmiş Millətlər Təşkilatı, “Microsoft”, “PwC” də daxil olmaqla, dünya üzrə 8 min qurum və təşkilat AIESEC-in rəsmi tərəfdaşıdır.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR