Ağcabədi və Bərdə rayonlarında partlamamış hərbi sursat aşkarlanıb

Ağcabədi və Bərdə rayonlarında partlamamış hərbi sursat aşkarlanıb
# 28 iyun 2016 04:26 (UTC +04:00)

Bakı-APA. Ağcabədi və Bərdə rayonlarında partlamamış hərbi sursat aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.

Məlumata görə, iyunun 27-də Ağcabədi rayonunun Arazbar kəndində Qar-Qar çayın sahilindən 1 ədəd partlamamış piyada əleyhinə mina (OZM-72) aşkar olunub, minanın daşınması təhlükəli olduğuna görə, partlayış yolu ilə yerində zərərsizləşdirilib, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

Bərdə rayonunun Kələntərli kəndində isə Qaz zavodunun yaxınlığındakı yarımtikili əraziyə baxış keçirilib,1 ədəd partlamamış hərbi sursat (OF56-1 modelli 122 mm-lik top mərmisi) aşkar olunub, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə daşınıb, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 27 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 26 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 552 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR