Şəkidə dağlıq ərazisində yanğın olub

Şəkidə dağlıq ərazisində yanğın olub
# 14 avqust 2014 07:12 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə dağlıq ərazisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Kiş kəndində dağlıq ərazidə naməlum səbəbdən baş verən yanğının söndürülməsinə ərazinin relyefi nəzərə alınaraq FHN-in Şəki rayon DYMH-nin iki yanğınsöndürən maşını və hissənin tam şəxsi heyəti, Qax rayon DYMH-dən 16 yanğınsöndürən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Baş vermiş yanğın nəticəsində ərazidə 2 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə edilib.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR