İndoneziyanın Azərbaycandakı səfiri “APA Holdinq”də olub - FOTO

İndoneziyanın Azərbaycandakı səfiri “APA Holdinq”də olub - <span style="color: red;">FOTO
# 15 dekabr 2014 09:55 (UTC +04:00)

APA-nın məlumatına görə, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı ilə görüşən səfir ölkəsi haqqında məlumat verib, İndoneziyanın Azərbaycanla münasibətlərə xüsusi diqqətə yetirdiyini qeyd edib.

Diplomat iki ölkə arasında münasibətlərin yaxınlaşması və inkişafında medianın rolunu vurğulayıb, bu baxımdan İndoneziya səfirliyinin APA ilə əməkdaşlığa önəm verdiyini bildirib.

APA-nın etbarlı xəbər mənbəyi olduğunu xüsusi qeyd edən səfir Azərbaycan və regionla bağlı məlumatlardan məhz bu agentlik vasitəsilə xəbər tutduğunu deyib.

APA Holdinq” haqqında məlumat verən V. Mahirqızı iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycan və İndoneziyanın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

O, APA-nın İndoneziyanın media qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, bu əməkdaşlığın Azərbaycan haqqında məlumatların İndoneziya, İndoneziya haqqında məlumatların isə Azərbaycan ictimaiyyətinə daha dəqiq və ətraflı şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR