Azərbaycanın yığma komandası Moldova millisini məğlub edib - VİDEO

Azərbaycanın yığma komandası Moldova millisini məğlub edib - <span style="color: red;">VİDEO
# 17 noyabr 2015 20:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız 2015-ci ilin son oyununda Moldova ilə qarşılaşıb.

9-cu dəfə üz-üzə gələn komandaların yoxlama oyunu Bakı Olimpiya Stadionunda baş tutub. Bu qarşılaşma millimizin Robert Prosineçkinin rəhbərliyi altında evdə keçirilən ilk yoxlama matçıdı.

Sonuncu dəfə 8 ay əvvəl Maltanı 2:0 hesabı ilə məğlub edən komandamız 6 matçlıq qələbə həsrətini bu oyunda sonlandırıb. Bu həm də yığmamızın Olimpiya Stadionunda keçirdiyi ikinci matçında ilk qələbəsi olub. Bununla da Robert Prosineçkinin yetirmələri ili qələbə ilə başa vurub.

Yoldaşlıq oyunu

17 noyabr

Azərbaycan – Moldova - 2:1

Qollar: Katalin Karp, 32 (öz qapısına), Ağabala Ramazanov, 49 - Aleksandr Antonyuk, 43

Hakimlər: Laşa Silaqava, Zaza Pipiya, David Çiqoqidze (hamısı Gürcüstan), Rauf Cabbarov (Azərbaycan)

Bakı Olimpiya Stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR