Viktor Yuşşenko Dağlıq Qarabağ münaqişəsinə Avropada fərqli münasibətin səbəbindən danışıb

Viktor Yuşşenko Dağlıq Qarabağ münaqişəsinə Avropada fərqli münasibətin səbəbindən danışıb
# 28 aprel 2015 11:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sual Ermənistana deyil, Rusiyaya ünvanlanmalıdır. Donbas, Abxaziya, Osetiya, Dağlıq Qarabağ və postsovet məkanındakı digər münaqişələri analiz edərkən, eyni nəticəyə gəlib çıxırıq. Bu münaqişələrin həllində yalnız bir maneə – Rusiya var”.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib.

V. Yuşşenko bildirib ki, bu münaqişələr Rusiyanın məsələsidir: “Bunların siyasi münaqişə olduğunu nə qədər tez söyləsək, bir o qədər tez onların vahid plan əsasında həllinə nail ola bilərik. Bu münaqişələri geosiyasi plan əsasında, Avropa səviyyəsində həll etmək mümkündür”.

Dağlıq Qarabağ, Krım və Abxaziya kimi münaqişələrin eyni xarakterli olmasına baxmayaraq, Qərbin bu münaqişələrə münasibətdə fərqli mövqe ortaya qoymasına gəlincə, Ukraynanın sabiq prezidenti bunu aparılan unikal təbliğat, manipulyasiya ilə əlaqələndirib: “Bu təbliğat qarşısında əksər hallarda Avropa gücləri uduzur. Tez-tez bu münaqişələr ikitərəfli münaqişə kimi göstərilir. Sözsüz ki, bu belə deyil. Qafqazda xalqlar nə qədər inkişaf etsə də, bu problem sağalmaz olaraq qalır, çünki bu, sağalmayan bir yaradır. Çox təəssüf ki, münaqişələrlə bağlı manipulyasiya bu gün də mövcuddur. Hətta Avropa ictimaiyyəti müxtəlif versiyalar irəli sürə, bu münaqişələrə müxtəlif gözlə baxa bilir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR