Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub
# 10 avqust 2014 02:14 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 00:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR