BMT Təhlükəsizlik Şurası “Boeing-777” sərnişin təyyarəsinin vurulmasının araşdırılmasını tələb edib

BMT Təhlükəsizlik Şurası “Boeing-777” sərnişin təyyarəsinin vurulmasının araşdırılmasını tələb edib
# 18 iyul 2014 19:49 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin vurulmasının beynəlxalq səviyyədə araşdırılmasına çağırıb.

“BMT Təhlükəsizlik Şurasının üzvləri ICAO təlimatlarına uyğun olaraq bu insidentin beynəlxalq səviyyədə tam, əsaslı və müstəqil araşdırılmasına çağırıb”, deyə TŞ-nin bəyanatında bildirilir.

BMT Təhlükəsizlik Şurası, həmçinin, bütün tərəfləri müstəntiqlərin hadisə yerinə girişinə şərait yaratmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR