Azərbaycan prezidenti estoniyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti estoniyalı həmkarını təbrik edib
# 23 fevral 2015 16:16 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Estoniya prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR