Şamaxıda bıçaqlanma hadisəsi baş verib

Şamaxıda bıçaqlanma hadisəsi baş verib
# 28 aprel 2013 19:50 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı sakini həmyerlisi tərəfindən bıçaqlanıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Çöl Göylər kəndinin ərazisindəki mal-qaranın qışlaq yatağında qeydə alınıb.

Rayonun Carham kənd sakini, 1993-cü il təvəllüdlü Cəfərov Sərvan İlqar oğlu aralarında şəxsi münasibətlər zəminində baş verən dava zamanı Dağ Göylər kənd sakini, 1975-ci il təvəllüdlü Mikayılov Əlibaba Rəsul oğlunu bıçaqlayıb. Bədəninin müxtəlif nahiyyələrindən bir neçə bıçaq xəsarəti alan Əlibaba Mikayılov Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR