Bank Of Baku

Araz çayında batan İmişli sakininin cəsədi tapılıb - YENİLƏNİB

Araz çayında batan İmişli sakininin cəsədi tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 17 iyun 2018 07:19 (UTC +04:00)

İyunun 16-da Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 180 km aralı, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlunun axtarışları başa çatıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  N.İmanovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

***

 

saat 00.17

 

İmişli rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Nizaməddin  Kamal oğlu Göbəktala kəndi ərazisində Araz çayında çimərkən boğulub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hazırda Т.İmanovun batdığı yerdə FHN xilasediciləri tərəfindən axtarışlar davam  etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR