Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir
# 01 may 2015 11:09 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 2-4-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR